hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Avtobus sürücüləri koronavirus testindən keçirilirmi? – BNA-dan AÇIQLAMA

Avtobus sürücüləri koronavirus testindən keçirilirmi? – BNA-dan AÇIQLAMA

Xəbər verildiyi kimi, taksi sürücülərindən birinin koronavirusa yoluxduğu müəyyən edilib.

Söhbət Ağstafa rayon sakini,1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlundan gedir. Taksi sürücüsü 7 noyabr 2020-ci ildə COVID-19 virusu ilə bağlı test analizi verib və testin nəticəsi pozitiv çıxıb. Buna baxmayaraq karantin rejimi müddətini evdə keçirməli olduğu halda, 8 noyabr 2020-ci ildə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşımaqda davam edib. Beləliklə də, taksi sürücüsü epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozaraq koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Amma şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanıb, etdiyi əmələ görə barəsində Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Məsələ avtobus sürücülərinin də koronavirus testindən keçirilib-keçirilməməsi məsələsini gündəmə gətirib.

Maraqlıdır, avtobus sürücüləri xəttə çıxarkən koronavirus testindən keçirilirmi?

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında sürücülərin zəruri halda bu testdən keçirildiklərini söyləyib:

“Bu gün ictimai nəqliyyatın konkret olaraq müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyətində fasiləsizliyin təmin edilməsi eləcə də infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə eksepidemik tədbirlər davamlı olaraq aparılmaqdadır. Hər gün axşam xətlərdən qayıdan avtobuslar dezinfeksiya olunur, səhər xəttə çıxmazdan əvvəl isə sürücülər müvafiq qaydada tibbi yoxlamadan keçirilir. Tibbi yoxlama zamanı hər hansı bir şübhə yaradan məqam olarsa, bu halda sürücü barəsində tədbir görülür. Zərurət olanda COVID testinə göndərilir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3488

Bizim Telegram səhifəmizi izləyin