hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Avtomobil maneəyə çırpıldı

Avtomobil maneəyə çırpıldı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Mirzəyev İnqilab Oktay oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Cebhe.info


Oxunma sayı: 46806