hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Avtovağzalda immun çatışmazlığı virusu ilə bağlı tədbir keçirilib

Avtovağzalda immun çatışmazlığı virusu ilə bağlı tədbir keçirilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib.

Cebhe.info xəbər verir ki, bu haqda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə insanın immun çatışmazlığı virusu (İİV) ilə bağlı mütəmadi olaraq maarifləndirmə və müayinə tədbiri həyata keçirir.

Bu gün, Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olundu və təşkil olunan səyyar məntəqədə həm sərnişinlər, həm də işçilər üçün pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradıldı.

Tədbirin əsas məqsədi müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxan insanları vaxtında aşkarlamaq, tez bir zamanda müalicəyə cəlb etmək, eyni zamanda virusun yayılmasının qarşısını alaraq əhalinin sağlam həyat tərzi barədə biliklərini artırmaqdır. 

Ölkəmizdə bu xəstəliklə mübarizə üçün bütün vasitələrdən istifadə edilir, eyni zamanda əhali arasında maarifləndirmə, təbliğat fəaliyyəti günü-gündən gücləndirilir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 408