hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

AXCP-dən güneyli fəalın həbsinə etiraz: "İran hakimiyyətindən Abbas Lisaninin azad olunmasını istəyirik"- RAZİ NURULLAYEV

AXCP-dən güneyli fəalın həbsinə etiraz: "İran hakimiyyətindən Abbas Lisaninin azad olunmasını istəyirik"- RAZİ NURULLAYEV

"Tanınmış güneyli fəal Abbas Lisaninin yanvarın 15-i Təbriz məhkəməsində həbs olunması bizi ciddi narahat edir və bu həbsi güneyli fəalların gözünü qorxutmaq üçün təzyiq vasitəsi kimi qəbul edirik. İnsan hüquqları, söz azadlığı heç bir ölkənin daxili işi deyil və ola da bilməz. İnsanları fikirlərinə, düşüncələrinə və çıxışlarına görə həbs etmək demokratiyadan və humanizmdən kənar addımdır".

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədri bildirib ki, Abbas Lisaniyə ailə üzvləri və yaxınları ilə də görüşə icazə verilməməsi narahatlıq yaradır: "Onun vəkillə təmin olunmaması, bütün məhkəmə instansiyalarında qanuni hüquqlarının pozulması yolverilməzdir və biz İran hakimiyyətindən Abbas Lisaninin azad olunmasını istəyirik. Azərbaycan və İran dövlətləri arasında normal siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Biz İran dövləti ilə dinc qonşuluq siyasətinin tərəfdarıyıq. Lakin soydaşlarımızın mədəni və siyasi hüquqlarının pozulmasına da seyrçi qala bilmərik və qalmayacağıq. İran dövlətini Azərbaycan türklərinə qarşı siyasi təzyiq metodlarını dayandırmağa, onların mədəni və siyasi hüquqlarını təmin etməyə, fundamental azadlıqlarından və hüquqlarından istifadə etmək üçün şərait yaratmağa sasləyirəm. Azərbaycandakı siyasi qüvvələri, hərəkatları və fəalları da güneyli soydaşlarımızı müdafiə etməyə, onlara sahib çıxmağa səsləyirəm".

Razi Nurullayevin sözlərinə görə, xaricdə yaşayan soydaşlarımız bu məsələni aidiyyatı beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır: "Bununla bərabər, əminəm ki, ölkəmizdə də güneyli soydaşlarımıza dəstək məqsədilə ciddi təmərküzləşməyə və səfərbərliyə ehtiyac var. Biz yaxın zamanlarda bununla bağlı müəyyən addımlar atmaq niyyətindəyik və maraqlı qüvvələri də dəstək verməyə dəvət edirik".

Cebhe.info


Oxunma sayı: 1871