hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

AXCP sədri Razi Nurullayevdən təhsil “başbilənlərinə”: “Təhsildə rüşvət, korrupsiya varsa…”

AXCP sədri Razi Nurullayevdən təhsil “başbilənlərinə”: “Təhsildə rüşvət, korrupsiya varsa…”

Təhsil sahəsində növbəti biabırçı fakt ortaya çıxıb. Belə ki, 5-ci siniflər üçün hazırlanmış “Azərbaycan tarixi” dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkən görüntüsü verilib.

Cebhe.info xəbər verir ki, AXCP sədri Razi Nurullayev bunu “təhsilin indiki səviyyəsindən xəbər verən fakt” adlandırıb: “Bir yandan papirosun reklamı qadağan olunub. Digər yandan Dədə Qorqud siqar çəkməyib, o vaxtı siqar da olmayıb. Budur təhsilin səviyyəsi… Təhsili məhv olan xalq məhvə məhkumdur.  İndiki təhsilin səviyyəsi və idarəçiliyi bu milləti yoxuşa sürükləyir. Milləti millət, xalqı uca edən, xariqələr yaradan və gözəl həyat bəxş edən təhsildir. Təhsildə rüşvət, korrupsiya varsa, o ölkəni yaxşı gələcək gözləmir. Təhsilimiz kökündən dəyişməli və sistem 100 faiz təmizlənməlidir”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 936