hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

AXCP-dən ictimaiyyətə SEÇKİ MÜRACİƏTİ: “Boykot uğursuz qərardır”

AXCP-dən ictimaiyyətə SEÇKİ MÜRACİƏTİ: “Boykot uğursuz qərardır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkisində iştirakla bağlı ictimaiyyətə müraciət edib. 

Cebhe.info xəbər verir ki, müraciətdə növbədənkənar seçkilərdə iştirakın vacibliyi vurğulanıb:

"Bütün seçkilərdə iştirak Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üçün hər zaman prioritet olub. Partiya olaraq Razi Nurullayevin sədrliyindən sonra bütün seçkilərdə aktiv iştirak etmişik. Həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinin artıq iştirakçısıyıq. Bu günlərdə növbədənkənar parlament seçkisi məsələsi gündəmə gəlib. Partiyamız ilk gündən iştirakçı olacağını açıqlayıb. Bu günə kimi partiya rəhbərliyi və üzvləri ayrı-ayrılıqda seçkinin, seçkidə iştirakın əhəmiyyəti, vacibliyi barədə fikirlərini ictimaiyyətə açıqlayıblar. Artıq bu gün məsələ partiyanın rəyasət heyyətinin iclasında da səsə qoyulub və qəbul edilib”.

Beləliklə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəsmən parlament seçkilərində iştirak edəcəyini açıqlayıb:

“Bir daha vurğulayırıq ki, siyasi müxalifətin seçkilərdə iştirakı mütləqdir. Boykotu seçkilərin şəffaf olmaması ilə əlaqələndirirlər. Axı hətta şəffaf olmasa belə, bunu sübut etmək üçün də iştirakçı olmaq lazımdır. Əksinə, bütün siyasi partiyalar seçkidə iştirak etməlidirlər ki, onlara inanan, onların arxasınca gedən vətəndaşlar da seçkilərdə fəal iştirak etsinlər. Əgər xalq kütləvi seçkiyə maraq göstərərsə, hər kəs də xalqın iradəsiylə barışmalı olacaq. İstənilən halda boykot uğursuz, nəticəsiz qərardır. Hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırırıq".

Cebhe.info


Oxunma sayı: 1684