hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

AXCP-dən Leyla Yunusa SƏRT TƏPKİ: "Elçibəylə bağlı sözlərin arxasında daha təhlükəli məqsədlər var"

AXCP-dən Leyla Yunusa SƏRT TƏPKİ: "Elçibəylə bağlı sözlərin arxasında daha təhlükəli məqsədlər var"

Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının “Osmanqızı” kanalında xalq hərəkatının lideri, AXCP sədri olmuş Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyi "agent" adlandırıb. 

L.Yunus deyib ki, Əbülfəz Elçibəyin həbsdən çıxmasının səbəbi onun KQB ilə əməkdaşlığa getməsi olub. 

Leyla Yunusun bu açıqlaması cəmiyyətdə ciddi etirazla qarşılanıb. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev Leyla Yunusun dediklərini “səfehlik” adlandırıb:

“Mənə Leyla Yunusun fikirlərindən daha çox pis təsir edən Bəyin silahdaş hesab etdiklərinin, mübarizə yoldaşlarının bu absurt, qərəzli, sərsəm fikirlərə susmasıdır. Leyla Yunus bu sözləri niyə, nə məqsədlə deyib, bilmirəm, amma çox böyük yanlışa yol verib. Elçibəy bir xalqın, bir millətin, bir ulusun sevdiyi, dəyər verdiyi şəxsiyyətdir. Bununla yanaşı Elçibəy ölkə sərhədlərindən kənarda belə, qlobal siyasət arenasında simpatiya duyulan şəxsiyyətlərdən olub. Elçibəyin etdiklərinə gəldikdə, bunları sadalamağa gərək yoxdur, onun qısa hakmiyyət dövründə etdikləri bu gün də Azərbaycan üçün aktualdır. Ümumiyyətlə, Elçibəy kimi dəyəri daşlamaq ən azından səfehlikdir. Amma kaş səfehliklə bitsə. Mən bu fikirlərin arxasında daha təhlükəli məqsədlərin olduğunu düşünürəm. Leyla Yunusun özü haqqında da kifayət qədər məlumatlar var. Xarici kəşfiyyata çalışdığı, hətta ermənilərlə işbirliyində olduğu deyilir.  Onun Elçibəy kimi bir dəyərə qara yaxmağa çalışması, çamur atması söylənilənlərin doğruluq payını gücləndirir”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 5941