hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

AXCP-dən Türkiyəyə DƏSTƏK

AXCP-dən Türkiyəyə DƏSTƏK

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Türkiyənin Şimal sərhədlərində terrorçulara qarşı həyata keçirdiyi “Barış pınarı” hərəkatına dəstəyini ifadə edib.

Cebhe.info AXCP-nin mətbuat katibi Vüsal Qarayev bildirib ki, təmsil olunduğu partiya Türkiyənin “Barış pınarı” hərəkatını dəstəkləyir: “Bu, Türkiyənin beynəlxalq hüquq çərçivəsində haqqıdır. Uzun illərdir ki, Türkiyə terror təhdidi ilə üz-üzədir. Qlobal güclərin də Türkiyəyə qarşı dəstək verdiyi terrorçular, bu gün üçün artıq suverenliyinə təhlükə yaradan amilə çevrilib. Bu, Türkiyə üçün təhlükəsizlik məsələsidir və dövlətin bütün ünsürləri, o cümlədən müxalif cameə də bu əməliyyata dəstək verir. Biz də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq Türkiyənin yanındayıq və “Barış pınarı” əməliyyatını dəstəkləyirik.

Hesab edirik ki, bu əməliyyat Türkiyənin suverenliyi üçün vacib idi. Türkiyə buna qədər iki - “Fırat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla həyata keçirdi. “Barış pınarı” hərəkatı da Türkiyənin Şimalında yaradılması planlaşdırılan və faktiki olaraq “kürd dəhlizinə” çevrilən sərhədlərinin təhlükəsizliyini qorumağa hesablanmış addımdır. Partiya olaraq Türkiyənin yanında olduğumuzu bəyan edirik”.

Cebhe.info


Oxunma sayı: 2553