hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

AXCP-nin şöbə sədri: “Xalqın inandığı mütəxəssislər təbliğata cəlb olunmalıdır”

AXCP-nin şöbə sədri: “Xalqın inandığı mütəxəssislər təbliğata cəlb olunmalıdır”

«Virusla mübarizədə yalnız inzibati qaydaların çıxış yolu olduğunu düşünsək, heç bir irəliləyiş əldə edə bilməyəcəyik. Çünki əksər insanlar üçün cəza almaq adi haldır. Deyirlər ki, onsuz da pul yoxdur, nə qədər yazırlar yazsınlar, onsuz da ödəyə bilməyəcəyik. Ən pis halda həbs edəcəklər, etsinlər, heç olmasa gündə üç dəfə yemək verilər. Açığı, mən də belə düşünürəm, çünki insanlar günlük dolanışq üçün belə pul tap bilmirlər, cəriməni necə ödəyəcəklər? Onun üçün də başqa yollar axtarılmalıdır”.

Cebhe. info xəbər verir ki, bunu AXCP-nin Nizami rayon şöbəsinin sədri Sərxan Tağıyev deyib.

O, yollardan biri kimi insanların etimad etdiyi mütəxəssislərdən istifadəni göstərib: “Xalq onlara inanır. Onun üçün vaxt itirmədən, yoluxmaların sayı fəlakət həddinə çatmadan, proses nəzarətdən çıxmadan, belə mütəxəsisləri maarifləndirmə təbliğatına cəlb etmək lazımdır. Cəmiyyətin düzgün istiqamətləndirilməsində elə üsullar var ki, millət olaraq bunu özümüzə yaraşdırmırıq. Məsələn ictimai qınaq. Elə fikirləşirik ki, biz ictimai nəqliyyatda, metroda, alış- veriş mərkəzlərində masqa taxmayana, maşından zibil atana, siqaret kötüyünü küçəyə tullayana öz iradımızı bildirsək, bizə yaxşı baxmayacaqlar. Amma bir şeyi unuduruq ki, cəmiyyətdə ictimai qınaq olmasa, o cəmiyyət əsla inkişaf edə bilməz”.
Cebhe. info


Oxunma sayı: 2102