hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

AXCP sədri Razi Nurullayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində olub - FOTOLAR

AXCP sədri Razi Nurullayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində olub - FOTOLAR

18 sentyabr dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.  

Bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bu gün Musiqi Mədəniyyəti Dövlət Muzeyində olub.

Cebhe.info xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb: “Milli Musiqi Günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət etdik. Doğrudan da Azərbaycan musiqi mədəniyyəti iyirminci əsrin əvvəllərindən başlayaraq 70-80-cı illərə qədər pik dövrünü yaşayıb. Bu musiqi mədəniyyətini yaradan Hacıbəyovlar nəsli, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Cövdət Hacıyev, Firəngiz Əlizadə, Tofiq Quliyev və digər adını çəkmədiyim dahilər ən yüksək hörmət və dəyərə malikdirlər.

Muzeydə onlarla milli musiqi alətləri gördüm ki, açığı adını birinci dəfə eşidirdim. Amma, etiraf etməliyik ki, bizim misiqi mədəniyyətimiz çox böyükdür və onu yaxşı da təbliğ etməliyik. Birinci növbədə, bu təbliğatı özümüzdən başlamalıyıq ki, ölkəmizin mədəniyyətini daha dərindən öyrənək. Nə qədər sosial çətinlik içərisində olsaq da, yenə də mədəniyyətimizi gözardı etməli deyilik”.

Cebhe.info


Oxunma sayı: 507