hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

AXCP sədrinin müavini: “Boykot çağırışından uzaq olacağımızı bəyan edirik”

AXCP sədrinin müavini: “Boykot çağırışından uzaq olacağımızı bəyan edirik”

“Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacağam. Müxalifətin parlament seçkilərində iştirakı vacibdir. Hesab edirəm ki, ölkədə ictimai-siyasi durğunluğu dəyişmək, cəmiyyətə müsbət mesajlar vermək üçün seçkilərdə iştirak artıq xalqın və zamanın tələbidir. AXCP olaraq belə qərara aldıq ki, seçkilərdə iştirak edərək biz də ökədəki yeniləşməyə dəstək olaq”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehtiyev deyib. 

AXCP yetkilisi bildirib ki, ümumiyyətlə, müxalif partiya olaraq ölkənin problemlərinə hec vaxt biganə qalmayıblar: 

“Zaman-zaman ölkənin tərəqqisi üçün bütün sahələrə dair təkliflərimizi hökumətə təqdim etmişik. Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaq və onların siyasətə marağını bərpa etməkdir. Çünki xalq yalan vədlərdən yorulub və siyasətçilərə də öz maraqları üçün çalışan adamlar kimi baxır. Buna nail olmaq üçün insanlarla ayrı-ayrılıqda söhbətlər aparırıq. Əminik ki, xalq bizi yeni və səmimi siyasi qüvvə kimi qəbul edəcək. Radikal müxalifət əvvəlki illərdə olduğu kimi xalqın inamını qıran boykot taktikasından çəkinməlidir. Biz partiya olaraq bu kimi çağırışlardan uzaq olacağımızı bəyan edirik”. 

Cebhe.info


Oxunma sayı: 11232