hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

AXCP sədrinin müavini: “Elçibəyə böhtan atanlar Əli Kərimli və Milli Şuradır” 

AXCP sədrinin müavini: “Elçibəyə böhtan atanlar Əli Kərimli və Milli Şuradır” 

“Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy Azərbaycan xalqının siyasi təfəkkürünün inkişafında və milli birlik ideologiyasının formalaşmasında misilsiz xidmətləri olmuş liderdir. Azərbaycanın ilk demokratik yolla seçilən prezidenti olaraq bir il ərzində ölkənin siyasi-iqtisadi və mədəni həyatında inqilabi dəyişikliklər edərək, adını qızıl hərflərlə xalqımızın tarixinə yazıb”. 

Bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında hüquq müdafiəçisi Leyla Yunusun Əbülfəz Elçibəylə bağlı fikirlərinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan xalqının Elçibəyə sevgisi sonsuz və əbədidir. Məhz onun lideri olduğu AXC böyük bir siyasi akademiya olaraq xalqımıza müstəqillik bəxş edən yeni siyasi məktəb olub:

“Azərbaycan siyasətinin 99% faizi AXC şinelindən çıxmış şəxslərdir. Elçibəyi lider və özlərini isə onun davamçısı adlandırırlar. Təəssüf ki, Əbülfəz Elçibəylə bir komandada olmuş şəxslər Böyük Bəyə xəyanət etdilər. 

Hələ onun sağlığında Əli Kərimli “Yurd” təşkilatı yaradaraq Bəyə qarşı siyasi təxribatlar edirdi. Elçibəyin ən yaxın adam sandığı və hakimiyyətdə olduğu illərdə imtiyazlar qazananlar bu gün Bəyə qarşı böhtanlar yağdırmaqla məşğuldur. 

Bu böhtanlara rəvac verən Əli Kərimli və  Milli Şuradır. Özünü hüquq müdafiəçisi adlandıran, halbuki Qərb kəşfiyyatının agenti olaraq qrantlar alan Leyla Yunusun Elçibəy haqqında dedikləri özünü ifşa etməklə yanaşı, mənsub olduğu düşərgənin nə qədər miskin və xalqa qarşı olduğunu göstərdi. 

Sevinc Osmanqızının kanalında Elçibəyə iftiralar atan bu şəxsə şərait yaradılması radikal müxalifətin nə qədər xalqımıza qarşı olduğunun da göstəricisidir. Leyla Yunus və ona daim dəstək verənlər anti-Elçibəyçidirlər. Bu gün Əli Kərimli yaxasını kənara çəkərək Yunusu müdafiə edir. Onun hərəkətləri buna sübutdur ki, AXCP ilə bu şəxslərin yaxından və uzaqdan əlaqələri yoxdur. Bu gün Elçibəyin AXCP-sini  inkişaf etdirən Razi Nurullayev bütün imkanları ilə partiyanı xalqa sevdirir. Apardığı məqsədyönlü siyasət nəticəsində əsl Elçibəyçilər partiyada təmsil olunur. Görünən odur ki, Leyla Yunus Elçibəyə böhtan və şər atmaqla Əli Kərimli ilə yeni qrant almaq niyyətindədir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 7250