hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

AXCP sədrinin müavini: “Rüstəm İbrahimbəyov kimi Əli İnsanov da onları tərk edəcək”

AXCP sədrinin müavini: “Rüstəm İbrahimbəyov kimi Əli İnsanov da onları tərk edəcək”

“Ölkə daxilində siyasi müxalifətin birləşməsi və bir mərkəzdə təmərküzləşməsi labüddür”. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert vurğulayıb ki, bəzi müxalif qüvvələr yenidən öz oyunlarını oynmaqla siyasi şantajla məşğuldur: 

“Bunu AXCP sədri Razi Nurullayev daim qeyd edir. Müxalifətin güclənməsi dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Bu gün Yaxın Şərq ölkələrinin dağılması siyasi müxalifətin olmamasından irəli gəlib. Ona görə də hər bir cəmiyyətin güclü siyasi müxalifətə ehtiyacı var ki, cəmiyyəti siyasi cəhətdən yekdil səviyyədə saxlasın. Ölkəmizdə yeni siyasi dinamikanın formalaşması, yaxınlaşan seçkilər öncəsi ənənəvi müxalifətin uğursuz taktikası təəssüf ki, siyasi cameəyə ciddi mənfi təsir edir. Müsavat Partiyasının dəyirmi masasına eks-nazir Əli İnsanovun dəvət edilməsi göstərdi ki, bəzi müxalif qüvvələr yenidən öz oyunlarını oynamaqla siyasi şantajla məşğuldurlar. Onların fəaliyyəti heç də həqiqi müxalifətçilik deyil, öz şəxsi planlarını həyata keçirməkdir. Əli İnsanovdan ikinci İbrahimbəyov obrazı yaratmaq planı da fiaskoya uğrayacaq. Bu gün Azərbaycan cəmiyyəti Əli İnsanovu “iqnor” edib. Müsavat və digər partiya sədrləri isə Əli İnsanovu özlərinin lideri seçir. Belə bir biabırçı siyasi gedişi elə bu siyasilərdən gözləmək olardı. Əli İnsanov bu xalqa yad biridir. Onun əvvəl mənsub olduğu düşərgə ilə davası şəxsidir.  Bəzi müxalifət partiyaları da ondan "lider" obrazı yaradır. Sabah İbrahimbəyov kimi Əli İnsanovda onları tərk edəcək”. 

Cebhe.info


Oxunma sayı: 1574