hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Axtarışda olan 18 nəfər tutuldu - DİN-dən açıqlama

Axtarışda olan 18 nəfər tutuldu - DİN-dən açıqlama

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, sentyabr ayının 11-də törədilən 19 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 452