hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Ayı evə daxil oldu və soyuducudakı dondurmanı yedi -VİDEO

Ayı evə daxil oldu və soyuducudakı dondurmanı yedi -VİDEO

ABŞ-ın Kaliforniya ştatında ayı yaşayış evinə daxil olub.

Trend-in məlumatına görə, mətbəxə daxil olan ayı soyuducunu açıb oradan bir neçə parça ət, dondurma və krekerlər götürüb.

Bu məhsullarla qonaq otağına keçən ayı bunları yeməyə başlayıb.

Həmin an otaqda olan iki yeniyetmə xilasetmə xidmətinə zəng edib. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn xilasedicilər ayını yatızdıraraq oradan uzaqlaşdırıb.

Cebhe.info


Oxunma sayı: 870