hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Azad Rəhimov vətəndaşlarla görüşdü - FOTO

Azad Rəhimov vətəndaşlarla görüşdü - FOTO

Oktyabrın 18-də Gənclər və İdman  naziri  Azad  Rəhimov  Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından  olan vətəndaşları  qəbul  edib.

 Qəbulda  ümumilikdə 20-ə yaxın     vətəndaş  iştirak  edib.

GİN-in mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar  “Gənclər ev”lərinin,  Olimpiya  İdman  Komplekslərinin,  bir sıra idman  qurğularının  tikintisi  və  təmiri, eləcə də, idman arenalarına   avadanlıqların  verilməsi ilə bağlı müraciət ediblər. Eyni zamanda, iş ilə təminat,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  də müraciətlər sırasında olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həllini tapıb,  nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilib. Bir  qisim müraciət isə  baxılması  üçün  icraya  yönəldilib.

Cebhe.info


Oxunma sayı: 617