hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Azadlığı alınan və verilən qadınlar: Zəriflər həbsdən necə qurtulur? - ÖZƏL

Azadlığı alınan və verilən qadınlar: Zəriflər həbsdən necə qurtulur? - ÖZƏL

2018-ci ildə cinayət törətmiş qadınların sayı 1 022 nəfər olub. 

Bu isə 2017-ci illə müqayisədə 6.1 faiz artım deməkdir. 

Ümumiyyətlə, son 10 ildə qeydə alınmış cinayətlər və cinayət törətmiş qadınların sayı 2000-ci ildə 1 180, 2001-ci ildə 1 693, 2002-ci ildə 2 419, 2003-cü ildə 2 217, 2004-cü ildə 2 357, 2005-ci ildə 2 520, 2006-cı ildə 2 675, 2007-ci ildə 2 505, 2008-ci ildə 2 573, 2009-cu ildə 2 665, 2010-cu ildə 2 318, 2011-ci ildə 2 074, 2012-ci ildə 1 677, 2013-cü ildə 1 012, 2014-cü ildə 971, 2015-ci ildə 1 128, 2016-cı ildə 1 036, 2017-ci ildə isə 963 nəfər olub. 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, cinayət törətmiş qadınların sayına görə MDB ölkələri arasında ən az artım Azərbaycanda qeydə alınıb: 

“Cinayət törətmiş qadınların sayına görə Azərbaycan ən aşağı göstəriciyə malik olan ölkələrdən biridir. Cinayət törətmiş qadınların dinamikasına baxsaq, bu göstəricilərin bir o qədər də çox olmadığını demək olar. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan qanunvericiliyində çox ciddi dəyişikliklər baş verdi. Bir sıra maddələr de-kriminallaşdırılıb. Bunun nəticəsində Azərbaycan cəzaçəkmə müəssisələrindən minlərlə adam vaxtından əvvəl azad olunub. Bu, qadın məhkumlara da şamil olunub. Eyni zamanda şərti olaraq vaxtından əvvəl azad olma institutu da geniş tətbiq olunub. Müvafiq komissiyaların rəyi əsasında kişi məhkumlarla yanaşı qadın məhkumlar da vaxtından əvvəl şərti azad olunub. Bütün bu tədbirlər qadın məhkumlarının sayının kifayət qədər az olmasına gətirib çıxarır”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən Cebhe.info-ya 14-17 yaşda olan uşaqlar arasında cinayətkarlıq və məhkumetmə halları ilə bağlı da məlumat verilib. Bildirilib ki, 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin sayı 2000-c ildə 625, 2005-ci ildə 525, 2010-cu ildə 375, 2015-ci ildə 467, 2016-cı ildə 395, 2017-ci ildə 532, 2018-ci ildə 455 nəfər olub. 

Mehman Sadıqov tərbiyə müəssisəsində saxlanılan yeniyetmə məhkumların sayının da çox az olduğunu vurğulayıb: “Ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, yerli məhkəmələr tərəfindən azyaşlı cinayətkarlara qarşı humanizm nümayiş etdirilir. 18 yaşına çatmamış şəxslər əgər özlərini nümunəvi aparırsa, onlara qarşı vaxtından əvvəl şərti azadolma institutu geniş tətbiq olunur. Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan yeniyetmə məhkumların sayı çox azdır”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 914