hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslər yerinə yetirəcək

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslər yerinə yetirəcək

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiya Federasiyasının daha bir şəhərinə - Mineralnıye Vodı - aviabilet satışına başlayır.

AZAL-dan verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

Aviaşirkət “COVID-19” pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökumətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.

Cebhe.info


Oxunma sayı: 826