t Azay Quliyev İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb-FOTOLAR
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azay Quliyev İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb-FOTOLAR

Azay Quliyev İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb-FOTOLAR

Bu gün 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev İbrahimpaşa Dadaşov küçəsi 72 və 74 saylı binaların sakinləri ilə görüş keçirib.

Cebhe.info seçki qərargahına istinadən bildirir ki, əlverişsiz hava şəraitinə baxmayaraq, seçicilər görüşdə iştiraka böyük maraq göstəriblər. Görüşdə Azay Quliyevin son 4 illik deputatlıq fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azay Quliyev çıxış edərək ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi Birinci Deçki Dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və üstünlükləri haqqında ətraflı məlumat verib.

Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını və əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını deyib.

Cebhe.info


Oxunma sayı: 1497