hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

"Azdrama"da “Qətibə İnanc” tamaşası nümayiş etdiriləcək

"Azdrama"da “Qətibə İnanc” tamaşası nümayiş etdiriləcək

İyunun 14-də Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə uğurla nümayiş olunan “Qətibə İnanc” tamaşası oynanılacaq.

İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.

Cebhe.info


Oxunma sayı: 430