hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Azəbaycana gələnlər hansı halda 2 həftə karantində qalacaq?-AÇIQLAMA

Azəbaycana gələnlər hansı halda 2 həftə karantində qalacaq?-AÇIQLAMA

Nazirlər Kabineti “Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda” dəyişikliklər edib.

Qaydalarda iki həftəlik karantin ilə bağlı çoxsaylı suallar yaranıb.

Cebhe.info xəbər verir ki, deputat Vüqar Bayramov sualların bir qismini cavablandırıb.

Bildirib ki, bu qaydalar heç də bütün hallarda iki həftəlik karantinin tətbiq edilməsi anlamına gəlmir.

Belə ki, qaydalara əsasən, xaricilərin, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşı olan qohumu varsa, onların ölkəmizə gələn zaman xüsusi icazə almasına ehtiyac yoxdur.

Bu zaman əcnəbi, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) Azərbaycan vətəndaşı qohumluğunu (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) təsdiq edən sənədi və eləcə də uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə ölkəmizə gələ bilər: “Qaydalara əsasən, 1 yaşınadək uşaqların COVİD-19 testi verməsi tələbi ləğv olunur. Digər qaydalarda isə əvvəllər olduğu kimi, vətəndaşlarımız, diplomatik pasport sahibləri, ölkəmizdə xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycanda iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər neqativ COVİD-19 testi sənədi ilə ölkəmizə səfər edə bilərlər”.

Karantinə gəldikdə, deputat bildirib ki, yalnız bu qaydaları pozaraq ölkəmizə səfər etmək istəyən vətəndaşlarımız iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq: “Yəni əgər vətəndaşımız tələb olunan sənədlə Azərbaycana gəlirsə, o heç bir karantinə alınmayacaq. Qaydalara görə, tələb olunan sənədləri olmayan şəxsləri mütəmadi ölkəmizə gətirmək istəyən aviadaşıyıcıların Azərbaycana uçuşların həyata keçirilməsi müvəqqəti dayandırılacaq”.

Cebhe.info


Oxunma sayı: 2135