hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Azər Qasımlı ReAl-dan gedir? - “İlqar Məmmədov bizim qurduğumuz təşkilatı tamamilə məhv edəcək” - AÇIQLAMA

Azər Qasımlı ReAl-dan gedir? - “İlqar Məmmədov bizim qurduğumuz təşkilatı tamamilə məhv edəcək” - AÇIQLAMA

ReAl-ın gözlənilən qurultayı ərəfəsində partiyada fikir ayrılıqlarının olacağı gözlənilirdi. 

Bəzi məlumatlara görə, Azər Qasımlı ilə İlqar Məmmədov arasında yaranan fikir ayrılığı birincinin partiyadan getməsi ilə nəticələnə bilərdi. 

Cebhe.info xəbər verir ki, Bununla bağlı mətbuata açıqlamasında Azər Qasımlı İlqar Məmmədovun həbsdə olduğu müddətdə partiyaya alternativsiz sədr seçildiyini bildirib. Qeyd edib ki, bu məsələdə İlqar Məmmədovun həbsdə olmasının təsirini danılmazdır. 

Partiyanın nizamnaməsindən danışan Azər Qasımlı avtoritarizm meyllərinin qarşısını almağı hədəflədiklərini bildirib: "Bunu ona görə etdik ki, ReAl-da kimsə önə çıxıb təkbaşınalıq edə bilməsin. Avqustda İlqar həbsədən çıxandan sonra bizim yaratdığımız bütün strukturlar onun nəzarəti altına keçdi. Mən artıq yerli strukturlarla əlaqəm yox idi, onlarla görüşlər keçirmirdim. Bu gün deyiləndə ki, yerli strukturlar zəifdir, bu yanlışdır. İlqar Məmmədovu 1 il ərzində onları gücləndirmək imkanı var idi”.

A.Qasımlı bildirib ki, hazırda ReAl-ın kollektiv qərar vermək mexanizmi zədələnib, partiya Məclisinin səlahiyyətlərini əlindən almaq cəhdləri başlayıb.

A.Qasımlı qeyd edib ki, son İdarə Heyətinin iclasında İlqar Məmmədov dəyişiklik təklifi edib. “Bu, o deməkdir ki, İlqar Məmmədov bizim qurduğumuz təşkilatı tamamilə məhv edəcək”, - deyə Azər Qasımlı dəyişikliyə etiraz edib. 

Cebhe.info


Oxunma sayı: 1420