hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Azər Qasımlı ReAl-dan tək gedir, yoxsa? - Natiq Cəfərli açıqladı

Azər Qasımlı ReAl-dan tək gedir, yoxsa? - Natiq Cəfərli açıqladı

“ReAl-ın qurucuların və bu təklifi də dəstəkləyənlərdən biri mənəm, hansını ki, İlqar bəy təklif edib. Ona görə də ReAl-dan hər hansı bir formada nəinki mənim, kiminsə uzaqlaşacağını düşünmürəm”. 

Bunu Cebhe.info-ya açıqlamasında Respublikaçı Alternativ Partiyasının sədrinin müavini Natiq Cəfərli ReAl İdarə Heyətinin üzvü Azər Qasımlının partiya sıralarını tərk etməsindən danışarkən deyib:

“Azər Qasımlıya olduqca böyük hörmətim və sevgim var. Mən onu dost sayıram. Fərqi yoxdur o, ReAl-da olacaq, yoxsa yox... Sadəcə, bəzi məsələləri şəxsi və emossional qəbul etdiyini düşünürəm. Ona da öz işlərində uğurlar arzulayıram. Kifayət qədər savadlı, sevdiyimiz insandır. Əminəm ki, bir müddət sonra o da atdığı addımları düşünəcək. ReAl-dakı struktur dəyişikliklərinin ciddi uğura apardığını gördükdən sonra ola bilər ki, onu biz yenidən aramızda görək. Buna görə də çox məmnun olardım”. 

Natiq Cəfərli ReAl daxilindəki fikir ayrılıqlarından da danışıb. Deyib ki, əslində partiyada hər hansı fikir ayrılığının olması normal, hətta yaxşıdır: 

“Hər hansı partiyada müxtəlif fikirlərin və yanaşmaların olması kifayət qədər partiyaiçi demokratiyanın olduğuna dəlalət edir. İlqar Məmmədov həbsdə ola-ola təkliflər göndərirdi və onu İdarə Heyəti qəbul etmirdi. Fikir müxtəlifliyinin olması ReAl-ın özəlliyi və gözəlliyidir. Ona görə də  normaldır. Azərbaycanda tək adam partiyalarının olmasını həmişə görmüşük. Yəni ReAl-da olan insanlar tək adam partiyasına inansaydılar, ReAl-ı yaratmazdılar. Bu, ReAl-ın quruluş fəlsəfəsində də yoxdur. Hədəfimiz eynidir. Amma hədəfə gedən yollarda müxtəlif fikirlər ola bilər. Bu da normaldır və olması çox yaxşıdır. Bunu mənfi bir hadisə kimi yox, ReAl-ın üstünlüyü kimi dəyərləndirirəm”.

Qeyd edək ki, Respublikaçı Alternativ Partiyasının İdarə Heyətinin üzvü Azər Qasımlı ilə İlqar Məmmədov arasında fikir ayrılığı yaranıb. Azər Qasımlı İlqar Məmmədovun təkliflərinə qarşı çıxıb. Bu da Azər Qasımlının ReAl-dan getməsi ilə nəticələnib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 3631