hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Azərbaycan 400 milyon ton neft nəql edib: Bakı-Tbilisi-Ceyhanda böyük üstünlük

Azərbaycan 400 milyon ton neft nəql edib: Bakı-Tbilisi-Ceyhanda böyük üstünlük

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə, eləcə də dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilib. 

Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan nefti təşkil edib.

Cebhe.info xəbər verir ki, bu barədə məlumat Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərindən (TANAP) Avropaya təbii qazın axınının başlaması münasibətilə keçirilən tədbirdə verilib. Cebhe.info xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Azərbaycan Prezidenti çıxışında bildirib ki, neftin 27 milyon tonunu Türkmənistan, 12 milyon tonunu Qazaxıstan, 7 milyon tonunu Rusiya nefti təşkil edir. 

Prezident qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi olub və bu gün də uğurla fəaliyyət göstərir: “2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1541