hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycan-ABŞ münasibətləri nə yerdədir? – RƏY

Azərbaycan-ABŞ münasibətləri nə yerdədir? –  RƏY

“ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin Ermenistanla Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasını sovet dövrünün xatirələrinə uyğun həyata keçirilməsini qeyd etməsi Vaşinqtonun bu məsələdə Azərbaycana dəstəyinin ifadəsidir”.

Cebhe.info xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

O bildirib ki, Rusiya və ABŞ da bu məsələdə məhz Sovet dövründə xəritələrdən istifadəni önə çəkir:

“Fransa burada Ermənistana dəstək verir. Bu Azərbaycan üçün hələledici faktor deyil. ABŞ-Azərbaycan arasında yeni münasibətlərin inkişafı gözlənilir. Ölkəmizə 120 milyon dollar hərbi yardım, 907-ci düzəlişin bir illik dayandırılması Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycan xüsusi əhəmiyyət daşıyır.

ABŞ üçün əsas məsələ Cənubi Qafqaz Mərkəzi Asiyaya açılımı və Rusiyanın regionda mövqeyini zəifkətməkdir. Azərbaycan üçün ABŞ-ın sərhəd məsələlərində dəstəyi prinsipial olaraq Ermənistanın bu məsələdə siyasi təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq.

Bundan əlavə Filip Rikerin sərhəddən qoşunların geri çəkməsini qeyd etməsi təbii ki, Azərbaycanı razı sala bilməz”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2938