hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Azərbaycan badmintonçusu Tokio olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Tokio olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Cebhe.info-nun məlumatına görə, L qrupunda yer alan 23 yaşlı idmançı vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibinə şans verməyib - 21:18.

Qeyd edək ki, Edi Reski Dviçayanın qrupdakı sonuncu görüşü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı olacaq. Qrupu lider kimi tamamlayan badmintonçu növbəti mərhələyə adlayacaq.

Cebhe.info


Oxunma sayı: 474