Azərbaycan banklarında dollara tələb kəskin artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Cebhe.info Mərkəzi Banka istinadla xəbər verir ki, hərracda tələb 100,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 41,8% və ya 29,5 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Cebhe.info
Oxunma sayı: 606
Bizim Telegram səhifəmizi izləyin