hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Azərbaycan bir ayda 7 gün dincələcək: Bu ölkədə isə xalq 104 gün istirahət edir - SİYAHI

Azərbaycan bir ayda 7 gün dincələcək: Bu ölkədə isə xalq 104 gün istirahət edir - SİYAHI

“İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il - 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.

Maraqlıdır, görəsən, Avropada ən uzun tətil hansı ölkələrdədir? 

Cebhe.info xəbər verir ki, Avropa ortalaması istirahət il ərzində 78 gündür. Ən çox istirahət edən ölkə isə Bolqarıstandır. Bolqarıstan tətil günlərinə görə digər Avropa ölkələrindən xeyli qabaqdadır. Belə ki, burada 3 aydan çox, konkret olaraq 104 gün, yəni ilin ¼ günü tətildir. Bununla yanaşı bolqarların dünyanın hər tərəfinə səyahət etmək üçün bir çox imkanları var. 

İkinci yerdə Rumıniya dayanır. Bu ölkə Bolqarıstanın qonşusudur. Burada il ərzində 91 gün tətildir. 

Ən çox istirahət edən üçüncü ölkə isə Qərbi Avropada yerləşən Portuqaliyadır. Burada müddət 88 gündür. İtaliya isə bu sıralamada 4-ci yerdə dayanır. Lakin İtaliyada istirahət günü Portuqaliyadan sadəcə bir gün azdır, yəni 87 gündür. Şimali Avropada yerləşən Estoniya da öz növbəsində İtaliyadan istirahət müddətinə görə bir günlə fərqlənir. Bu ölkə 86 gün istirahətlə beşinci yerə sahibdir. Burada əksər ölkələr arasında sadəcə bir gün fərq olur. Məsələn, Yunanıstanda istirahət il ərzində 85 gün olur və bu, yunanların gözəl firuzəyi dəniz sahillərində əylənməsi üçün kifayətdir. Monteneqroda isə istirahət günü Bolqarıstandan 20 gün azdır,yəni 84 gündür. 8-ci yerdə isə vəziyyət bir qədər fərqlidir. Çünki burada 3 ölkə öz sözünü deyir. 83 günlük istirahətlə bu yerin sahibləri İspaniya, Polşa və İsveçrədir. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2190