hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Dünya "kiber ordu" yaradır: Kim daha güclüdür?

Dünya "kiber ordu" yaradır: Kim daha güclüdür?

Ukrayna Prezidenti Vladimir Zelenski milli kiber qoşunların yaradılması haqqında fərman imzalayacaq.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Ukrayna” telekanalının efirində elan edib.

"Bu qərar iclasda iştirak edən 21 üzvün hamısı tərəfindən yekdilliklə dəstəkləndi. Düşünürəm ki, yaxın gələcəkdə bununla bağlı prezident fərman imzalayacaq”, – deyə Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qapalı iclasında səkkiz mövzu müzakirə edilib. Bunlar arasında kiber təhlükəsizlik strategiyasının təsdiqlənməsi və bioloji təhlükəsizlik məsələsi də olub.

Bu barədə Cebhe.info-ya danışan internet texnologiyaları (İKT) üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, hazırda bu dünya ölkələrinin gündəmində olan məsələlərdən biridir.

“Demək olar bütün dövlətlərdə milli kiber təhlükəsizlik qurumu var. Məhz dünyada ən güclü haker qrupun isə Çində olduğu bilinir. Artıq Almanya, ABŞ, Gürcistan və son olaraq Ukraynanın kiber ordu yaratmaq üçün müəyyən işlərə başladığı deyilir. Avropa İttifaqının üzvü olan 6 ölkə isə kiber ordu yaratmaq istəyir".

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 1486