hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Azərbaycan diaspor təşkilatının sədri İtaliyada önəmli mükafata layiq görülüb

Azərbaycan diaspor təşkilatının sədri İtaliyada önəmli mükafata layiq görülüb

Uzun illərdir İtaliyada yaşayan və jurnalist karyerası ərzində  bu günə qədər bir çox eksklüziv xəbərlərlə tanınan “TRT Spor”-un İtaliya təmsilçisi və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dündar Keşaplı, ard-arda ikinci dəfə önəmli “Beynəlxaql Kartaca Mükafatı”na (Premio Internazionale Cartagine) layiq görülüb. 

Bu barədə məlumatı Cebhe.info-ya  diaspor üzrə araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu məlumat verib. 

“Qalatasaray”ın bu yaz transfer dönəmində heyətinə qatdığı Kolumbiyalı ulduz oyunçu Radamel Falkaonun İstanbula gələcəyinə dair ilk xəbəri verməsi ilə Türkiyədə və İtaliyada diqqət çəkən Keşaplı illərdir səs gətirən özəl xəbərləri nəticəsində daha bir önəmli mükafat alıb.

Roma Bələdiyəsinin tarixi və prestijli “Protomoteca” salonunda iş, idman, moda, mədəniyyət və sənət cameəsindən çox sayda ismin qatıldığı törəndə Keşaplı, “Ən yaxşı əcnəbi jurnalist” kateqoriyasında ard-arda ikinci dəfə “Kartaca” mükafatına layiq görülüb.

Dündar Keşaplıya mükafatı bu il mükafatların seçimini aparan elm adamları və yüksək ranqlı məmurlardan formalaşan Akademik Senatın başqanı Alessandro Della Posta təqdim edib. 

Keşaplı, tədbirdəkı çıxışında  30 ilə yaxınlaşan jurnalist karyerasında öz prinsiplərindən dönməyərək çalışdığını və indiki səviyyəyə çatdığını bildirib. 

Xatırladaq ki, İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr koordinatoru olan Keşaplı, italyan xəbər kanalları SKYTG24 ve TGCOM24-də şərhçi kimi çıxış edir, eyni zamanda TRT Sporun İtaliya təmsilçisi və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədridir. D.Keşaplı Azərbaycan həqiqətlərinin Avropada təbliğatı baxımından önəmli fəaliyyət göstərir.

Aydın
Cebhe.info


Oxunma sayı: 1178