hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

"Azərbaycan erməni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur"-RƏY

"Azərbaycan erməni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur"-RƏY

"Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək, Qarabağ ətrafında müzakirələr aparıb. Rusiya rəsmiləri çalışır ki, erməni diversantlar azad edilsin".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, bunun qarşılığında Azərbaycanın tələbləri yerinə yetirilmir:

"Rəsmi Bakı Rusiya tərəfinin xahişini nəzərə alıb muzdlu snayperçi, livanlı erməni qadın Maral Narcanyanı azad etdi. Bu, Azərbaycanın bir jesti və humanistliyi idi. İndi Kremlin əsassız şəkildə, qarşılıqsız erməni diversantların azad edilməsinə çalışması həyasızlıq və Azərbaycana qarşı nəzakətsizlikdir.

Azərbaycan erməni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur. Və bu davam etməlidir. Ermənistan minalanmış ərazilərin xəritəsini vermir, silahli erməni birləşmələri çıxarılmır və Rusiya sülhməramlı qüvvələri özbaşınalıq edir. Belə olan təqdirdə diversantları geri verməmək lazımdır".

Cebhe.info


Oxunma sayı: 705