hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycan-Ermənistan: Müharibənin bitdiyini göstərəcək 3 şərt - RƏY

Azərbaycan-Ermənistan: Müharibənin bitdiyini göstərəcək 3 şərt - RƏY

"Dağlıq Qarabağda müharibə hələ bitməyib, sadəcə atəşkəs imzalanıb”.

Bunu 44 günlük müharibədə məğlub olaraq kapitulyasiya aktına imza atan Ermənistanın Prezidenti Armen Sarkisyan Qazaxıstana rəsmi səfəri zamanı deyib.

“Sülh müqaviləsi yoxdur. Qarabağın statusunun necə olacağı aydın deyil, danışıqlar nə vaxt başlayacaq və necə gedəcəyi bilinmir. Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət də hələ bəlli deyil", - deyə Sarkisyan əlavə edib.

Görünən odur ki, Sarksiyan da revanşist qüvvələr kimi sərsəmləməyə başlayıb.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq Turan Rzayev bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, Azərbaycan öz torpaqlarını işğaldan azad edib:

“Mahiyyət etibarilə Ermənistan Prezidenti Armen Sarkisyanın sözlərində qeyri-adi bir şey yoxdur. Yəni o düz deyir. Faktiki olaraq Ermənistan ilə Azərbaycan arasında müharibənin bitdiyinə dair yekun sülh aktı yoxdur. 10 noyabr bəyanatı ilə 44 günlük müharibə bitsə də, bu Ermənistan Azərbaycan müharibəsinin bitməsi demək deyil. Mahiyyət etibarilə 10 noyabr bəyanatı 1994-cü ilin atəşkəs razılaşması ilə eyni hüquqi qüvvəyə malikdir”.

Politoloq qeyd edib ki, yekun sülh aktı üçün rəsmi İrəvan ilk öncə Qarabağı Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi olaraq qəbul etməlidir:

“İkincisi, Ermənistan 27 il ərzində Azərbaycana vurduğu hər bir ziyana görə kompensasiya ödəməlidir.

Üçüncüsü, İrəvan Azərbaycandan torpaqlarını işğal etdiyi üçün rəsmi şəkildə üzr istəməlidir.

Nə Ermənistan bunları edib, nə də bunları etdiyinə dair hasısa bir yekun sülh aktına qol çəkib. Deyə bilərik ki, Ermənistan prezidenti haqlıdır. Faktiki olaraq, müharibə davam edir”.

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 8097