hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Azərbaycan həbsxanalarında məhbuslara güzəştlər: Hətta azad edilə bilərlər, əgər...

Azərbaycan həbsxanalarında məhbuslara güzəştlər: Hətta azad edilə bilərlər, əgər...

Böyük Britaniya hakimiyyəti məhbusları yaxşı davranışa görə həvəsləndirmək qərarına gəlib.

Belə ki, həbsxanaların rəhbərlikləri həvəsləndirmə çərçivəsində məhbuslara qaldıqları kameraların açarlarını verəcək. Bununla da dustaqlar kameraların hüdudlarından kənarda daha çox vaxt keçirə biləcəklər. Bundan başqa, özünü ləyaqətli şəkildə aparan məhbuslar yaxınları ilə daha uzunmüddətli görüşlərə, eləcə də, mütəmadi olaraq idman zallarına getməyə və duş qəbul etmək üçün vaxt seçməyə ümid edə bilərlər. Bəzi dustaqlar isə öz kameralarının qapılarını istədikləri vaxt bağlamaq hüququ əldə edəcəklər.

Maraqlıdır, Azərbaycanda nümunəvi davranış sərgiləyən məhbuslara hansı güzəştlər var?

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, Britaniyadan fərqli olaraq Azərbaycanda məhkumlar kameralarda yox, yataqxanalarda qalır:

“Onlar günün böyük bir hissəsini açıq havada və yaxud hansısa tədbirlərdə keçirirlər. Özfəaliyyətlə məşğul olurlar və onlar üçün mədəni-kütləvi tədbirlər keçirilir. Bir sözlə, bu məsələdə Britaniya ilə fərqlərimiz çoxdur. Eyni zamanda məhkumlar daxili nizam-intizam qaydalarına ciddi riayət edirlərsə, cəzaçəkmə müəssisəsinin ictimai həyatında fəal iştirak edirlərsə, təmir-tikinti və abadlıq işlərində fəallıq nümayiş etdirirlərsə, qanunvericiliklə məhkumlar üçün çoxlu imtiyazlar nəzərdə tutulub. Bura qohumlarla uzun və qısa görüşlərin sayının artırılması, müəssisədə fəaliyyət göstərən dükanda nağdsız hesabla daha artıq ilkin tələbat mallarının alınması daxildir. Bundan əlavə poçt vasitəsilə daha artıq sövqat ala bilərlər.

Həmçinin onlar özlərini yaxşı aparırlarsa, rejimdən asılı olaraq cəza müddətlərinin üçdə bir, üçdə iki və dörddə iki hissəsi çatanda barələrində müsbət xasiyyətnamə tərtib olunaraq müvafiq yerlərə təqdim edilir. Bu da məhkumların azad olunması üçün əlverişli zəmin yaradır”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 3400