hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Azərbaycan idmanına da “virus düşüb”: Bu dəfə “taclı”ya onlar yoluxub - BİZİM ARAŞDIRMA

Azərbaycan idmanına da “virus düşüb”: Bu dəfə “taclı”ya onlar yoluxub - BİZİM ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, ötən gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.

Təcrübəli çalışdırıcının virusa yoluxması barədə köməkçisi məlumat verib. Bu səbəbdən Q.Qurbanov ötən gün keçirilən "Səbail" - "Qarabağ" (1:1) matçında komandasının yanında ola bilməyib.

Bu, Azərbaycan idmanında ilk koronavirusa yoluxma halı deyil.

Cebhe.info indiyədək virus aşkarlanan idman nümayəndələrimiz barədə araşdırma edib.

*"Qarabağ"ın 2 futbolçusunda virus aşkarlanıb. Onlar Maksim Medvedev və Rahil Məmmədovdur. Hər iki futbolçunun COVİD-19 testinin nəticəsi yığmanın düşərgəsində müsbət çıxıb. Medvedev Lüksemburqda, Məmmədov isə Xorvatiyada karantinə alınıb.

*"Neftçi"nin indiyədək 3 futbolçusunda virus aşkarkanıb. Prins İbara Konqo yığmasının heyətində COVID-19-a yoluxub və sağalıb. Emin Mahmudov və Mirabdulla Abbasovun da test nəticəsi müsbət çıxıb.

*"Sabah"ın 4 futbolçusunda da virus aşkarlanıb. Onlardan Ceyhun Nuriyev, Elşən Abdullayev və Abbas Ağazadə sağalıb. Təmkin Xəlilzadənin test nəticəsi Azərbaycan yığmasının düşərgəsində müsbət çıxıb və o, Xorvatiyada özünü təcrid edib.

*"Keşlə"nin də 2 futbolçusunda infeksiya aşkarlanıb. Belə ki, komandanın üzvləri Vüsal İsgəndərli və Rəhman Hacıyev virusa yoluxma səbəbilə təcrid olunublar.

*"Zirə"nin 2 futbolçusu - Ali Sesay və Klesio Baukda da virus aşkarlanıb. A.Sesay Sierra Leone, K.Bauk isə Mozambik yığmalarının düşərgəsində virusa yoluxub.

*"Sumqayıt"ın isə yalnız 1 üzvündə - Səbuhi Abdullazadədə virus aşkarlanıb.

*Səbail" klubunda da koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, texniki işçilərin koronavirus testinin müsbət olduğunu söyləyib: "Klubun həkiminin testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurban da koronavirusa yoluxub. Bu infeksiya məşhur oyunçulara da təsir edib".

*Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov bir neçə gün öncə koronavirusa yoluxub. 81 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə özü məlumat yayıb. O bildirib ki, noyabrın 2-də ondan götürülmüş testin nəticəsi müsbət olub. Heydərov növbəti dəfə test verəcəyini söyləyib: "Hazırda özümü yaxşı hiss edirəm. Sabah növbəti dəfə testdən keçəcəyəm. Ümid edirəm ki, onun nəticəsi mənfi olacaq".

*Sərbəst güləş üzrə Avropa və dünya çempionatının mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycan millisinin üzvü Camaləddin Məhəmmədov da virus yeni yayıldığı zamanlarda yoluxmuşdu.

*Yoluxanlar sırasında Arif Abdullayev (sərbəst güləş üzrə əsas millisinin məşqçisi), Rövşən Hacıyev (sərbəst güləş üzrə gənclər millimizin məşqçisi), Rövşən Umudov (qadın güləşi üzrə millimizin məşqçisi), Oyan Nəzəriani və Ağahüseyn Mustafayev (çimərlik güləşi üzrə millimizin baş məşqçisi və məşqçisi) var.

*Həmçinin sərbəst güləşçilərdən yeniyetmələrin Olimpiya, yeniyetmələr və U-23-lər arasında dünya çempionu, yeniyetmələr və gənclər arasında Avropa çempionu Turan Bayramov da virusa yoluxub.

Naibə
Cebhe.info


Oxunma sayı: 2113

Bizim Telegram səhifəmizi izləyin