t Azərbaycan İstanbulda regionun ən böyük bərpa olunan enerji konfransında təmsil olunacaq
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycan İstanbulda regionun ən böyük bərpa olunan enerji konfransında təmsil olunacaq

Azərbaycan İstanbulda regionun ən böyük bərpa olunan enerji konfransında təmsil olunacaq

Fevralın 13-də İstanbulda (Türkiyə) bərpaolunan enerji mənbələrinə həsr olunmuş “Renewable Energy Outlook” adlı beynəlxalq konfrans keçiriləcək.

“Report” xəbər verir ki, Türkiyə, Qafqaz, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri üçün nəzərdə tutulan tədbirin əsas təşkilatçıları Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Atlantika Şurasıdır.

EBRD-nin dayanıqlı infrastruktur üzrə icraçı direktoru Nandita Parşadın (Nandita Parshad) açılışını edəcəyi konfransda bərpaolunan enerji sahəsinin maliyyələşməsi, investisiyalaşması, tənzimlənməsi və yeni texnologiyaların tətbiqi müzakirə olunacaq.

Azərbaycan Energetika nazirinin müşaviri Zəminə Əliyeva “Report”a açıqlamasında qeyd olunan tədbirə dəvət olunduqlarını bildirib. Onun sözlərinə görə, adıçəkilən konfransda Energetika Nazirliyini aparat rəhbəri Zaur Məmmədovun təmsil edəcəyi planlaşdırılır.

Cebhe.info


Oxunma sayı: 1739