Azərbaycan keyfiyyətsiz Çin peyvəndi alır? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə də istifadəsinə başlanacaq Çinin "Sinovac Biontech" dərman şirkətinin inkişaf etdirdiyi koronavirus peyvəndinin, Braziliyada aparılmış son mərhələ testlərində 50.4% təsirli olduğu açıqlanıb.
Koronavirusun 50,4% təsirli olması epidemiyada 200 mindən çox adamın öldüyü ölkədə məyusluq yaradıb.
Bu testlərin ilk mərhələ testlərində peyvəndin 78% təsirli olduğu təyin edilmişdi.
İlin əvvəlində Azərbaycanda da Çindən gətiriləcək peyvənddən istifadə ediləcəyi açıqlanıb.
Maraqlıdır, ölkəmizdə yanvardan tətbiq ediləcəyi gözlənilən peyvənd də "Sinovac Biontech" şirkətinindir?
Bu barədə Cebhe.info-ya açıqlamasında TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, hələlik bununla bağlı dəqiq məlumat yoxdur:
"Biz bilmirik ki, hansı peyvənddir. Peyvənd strategiyası hazırlanandan sonra ictimaiyyətə rəsmi olaraq açıqlanacaq. Strategiyada hər şey anlaşılacaq".
Naibə
Cebhe.info
Oxunma sayı: 1266
Bizim Telegram səhifəmizi izləyin