hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycan kubokunda 1/4 finalın cütləri müəyyənləşib

Azərbaycan kubokunda 1/4 finalın cütləri müəyyənləşib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra “Səbail”,  “Qəbələ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

“Səbail”in rəqibi “Zirə” – “Qaradağ-Lökbatan” matçında müəyyənləşib. 1/8 final mərhələsinin bu gün keçirilən oyununda 4:0 hesabı ilə qalib gələn Zaur Həşimovun yetirmələri Premyer Liqanın autsayderinə rəqib olublar.

“Qəbələ”nin rəqibi isə “Sabah” – “Ağsu” görüşündə dəqiqləşib. I divizion klubunu 5:0 hesabı ilə darmadağın edən Jelko Sopiçin komandası 1/4 finala yüksəlib.

“Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq. Sonuncular 1/8 finalda “Zaqatala”nı məğlubiyyətə uğradıblar – 2:0.

1/4 final mərhələsinin görüşləri dekabrın 15-16 və 19-20-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın dünən müəyyənləşən ilk cütündə “Qarabağ”la “Keşlə” üz-üzə gələcək.

Cebhe.info


Oxunma sayı: 551