hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Azərbaycan manatının dövretmə sürəti artıb

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,85 bənd təşkil edib.

Cebhe.info xəbər verir ki, məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Bildirilir ki, bu yanvarın 1-nə nisbətən 0,28 bənd çox, ötən ilin fevralın 1-nə nisbətən isə 0,51 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Cebhe.info


Oxunma sayı: 683