hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artacaq

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 6,243 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Məlumata görə, bu, ötən ilin proqnozundan 2 % azdır.

Hesabata əsasən, AMB-nin valyuta ehtiyyatlarının gələn il sonuna 6,305 mlrd ABŞ dolları, 2023-2024-cü illərdə isə müvafiq olaraq 6,474 mlrd ABŞ doları və 6,597 mlrd ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyyatları 6 mlrd 369,4 mln ABŞ dolları təşkil edib. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib/Report.

Cebhe.info


Oxunma sayı: 969