hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəni 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı 9 - 13 iyunda təşkil olunacaq.

Cebhe.info


Oxunma sayı: 529