hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Azərbaycan miqrantlardan 5,4 milyon qazanıb

Azərbaycan miqrantlardan 5,4 milyon qazanıb

"Hər il əməkçi miqrantların sayı ilə bağlı xüsusi komissiya tərəfindən kvota müəyyən edilir. Bu il Azərbaycan üçün müəyyən edilən kvota 6815 nəfərdir".

Cebhe.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda bu kvotanın 70 faizi dolub: "Bu il təxminən 4500 nəfər əməkçi miqrant icazə üçün müraciət edib və rəsmi iş icazəsi alıb. Amma iş icazəsi tələb olmadan da işləyən kateqoriya da var. Məsələn, Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbi, 5 illik daimi yaşama icazəsi olan şəxslər də iş icazəsi olmadan işləyə bilərlər".

Bu il təxminən 4,5 mln. manatlıq büdcə gəliri əldə edilib: "Bir illik iş icazəsinin dövlət rüsumu 1000 manatdır. Yəni 5000 nəfərə iş icazəsi verilibsə 1000 manat vurulsun 5000 nəfər. Büdcə gəlirləri məhz bu şəkildə qurulur".

Cebhe.info


Oxunma sayı: 782