t Azərbaycan neftinə daha bir alıcı tapılır: Prezident açıqladı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycan neftinə daha bir alıcı tapılır: Prezident açıqladı

Azərbaycan neftinə daha bir alıcı tapılır: Prezident açıqladı

Rusiya Belarusa Qazaxıstan neftini almaq üçün imkan verməyib. 

Cebhe.info xəbər verir ki, bu barədə Prezident Aleksandr Lukaşenko deyib. Prezident yaranmış vəziyyəti “qəribə” adlandırıb: 

"Minskin müttəfiqi ümumi müttəfiqdən neft almaq üçün ona icazə vermir. Qəribə vəziyyətdir".

Lukaşenko qeyd edib ki, Rusiya Belarusun ehtiyacının 30-40 faizini təmin edə bilər. Qalan hissə isə Baltik ölkələri və Ukraynanın hesabına təmin oluna bilər.

Lukaşenko bildirib ki, hazırda ölkəsi Rusiya nefti olmadan keçinə bilməz, ancaq vəziyyəti aydınlaşdırmaq lazımdır. 

Rusiyanın vergi manevrinə görə Belarusun çətin vəziyyətə düşdüyünü deyən Lukaşnko qeyd edib ki, istənilən ölkədən neft almaq mümkündür: "Azərbaycan, Səudiyyə, Norveç, Amerika nefti, ancaq dünya qiymətləri ilə". 

Xatırladaq ki, Belarus artıq Norveçdən neft aldığını bildirib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2289