hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Azərbaycan ordusu Lələ Təpəni necə azad etdi? - Ermənistan parlamenti qapalı iclas keçirəcək

Azərbaycan ordusu Lələ Təpəni necə azad etdi? - Ermənistan parlamenti qapalı iclas keçirəcək

Ermənistan parlameti 2016-cı il aprel döyüşlərindəki məğlubiyyətin səbəbini müzakirə edəcək. Müzakirə qapalı keçiriləcək.

Cebhe.info xəbər verir ki, İstintaq Komissiyasının hesabatı artıq hazırdır. Hesabatın parlamentdə qapalı müzakirəyə çıxarılması qərarı bu gün verilib.

“Çiçəklənən Ermənistan" Partiyasının deputatı Taron Simonyan iclasın qapalı keçirilməsinə etiraz edib. Bildirib ki, bu zaman həmin müzakirənin heç bir ictimai əhəmiyyəti qalmır.

"Bir çox suallar var, ictimaiyyət illərdir bu suallara cavab axtarır. Buna baxmayaraq, bu cavabları dövlət sirrinə çeviriblər".

Hesabatda Lələ Təpə daxil olmaqla 800 hektar ərazinin Azərbaycan ordusu tərəfindən azad edilməsinin səbəbləri açıqlanıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1442