hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Azərbaycan ordusunun maşın karvanları Laçın dəhlizində - RƏSMİ

Azərbaycan ordusunun maşın karvanları Laçın dəhlizində - RƏSMİ

“Qarabağda Rusiya sülhməramlılarının 24 müşahidə məntəqəsində mütəmadi olaraq monitorinqlər aparılır və atəşkəs rejiminə riayət olunmasına nəzarət olunur".

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus 6 maşın karvanını müşayiət edib. Onlardan 4-ü Laçın dəhlizi vasitəsilə cənub istiqamətə, bir kolon Şuşa-Qırmızı Bazar və geri istiqamətə hərəkət edib.

Azərbaycan tərəfinin müracəti əsasında Xankəndi-Suqovuşan-Vəng-Kəlbəcər istiqamətində növbəti humanitar yükün daşınması təmin olunub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2014