hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycan pandemiyadan əvvəlki iqtisadi səviyyəyə nə vaxt qayıdacaq? - Zaman verildi

Azərbaycan pandemiyadan əvvəlki iqtisadi səviyyəyə nə vaxt qayıdacaq? - Zaman verildi

Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard (Christine Lagarde) bildirib ki, onun gözləntilərinə görə, Avropa iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2022-ci ilin I rübündə qayıdacaq.

Bu, ECB-nin verdiyi əvvəlki proqnozdan bir rüb daha tezdir.

K. Laqardın sözlərinə görə, iqtisadi bərpa artıq başlayıb və bank artıq sözügedən artımın dəstəyi ilə məşğuldur. Bundan əlavə, bank rəsmisi əlavə edib ki, ECB-nin təşəbbüsü olan PEPP ("Pandemic emergency purchase programme") proqramının (bankın pandemiyaya qarşı başlatdığı qeyri-standart monetar siyasət) dayandırılması haqqında danışmaq hələ tezdir.

Qeyd edək ki, PEPP pandemiya vəziyyətində özəl və dövlət sektoru qiymətli kağızları üçün müvəqqəti satınalma proqramıdır. Sözügedən proqramın bitmə tarixi 2022-ci ilin mart ayının 31-nə müəyyənləşib.

Maraqlıdır Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə nə vaxt qayıdacaq?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı alim Fuad İbrahimov bildirib ki, ümumiyyətlə tədqiqat metadalogiyalarının müxtəlif dəhlizləri var:

“Yəni tam şəkildə 2020- ci ilin yanvar ayı səviyyəsinə qayıtmaq üçün ümumiyyətlə on illərlə zaman tələb olunacaq. Çünki iqtisadi artım tempini 2020-ci ilin yanvar ayı səviyyəsinə qaldırmaq mümkündür. Ancaq bu xərclərin tam bərqərarı üçün kifayət qədər zaman tələb olunur. Yəni detallı şəkildə araşdırmalar zamanı sadəcə olaraq 2020-ci ilin iqtisadi tempinin səviyyəsinə qalxmaq mümkünlüyündən söhbət gedir. Amcaq itirilən xərclər üçün kifayət qədər zaman tələb olunacaq".

Fuad İbrahimov bildirib ki, Azərbaycan iqtisadiyyatına gəldikdə isə son dövrdə vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etdiklərinə görə artıq kifayət qədər fəallıq müşahidə olunur:

"Eyni zamanda nəzərə almaq lazımdır ki, karantin rejminin yumşalması da buna xüsusi dəstək verir. Belə olduğu halda əlbəttə ki, mövsümü də nəzərə alsaq, biz üçüncü rübə çox aktiv şəkildə daxil olacağıq və 2022-ci ildə artıq 2021-də olan bütün neqativ halların aradan qaldırılmasının şahidi olacağıq. 2020-ci ilin yanvar ayı səviyyəsinə qayıdacağıq. Bunun üçün kifayət qədər vaxt olacaq. Eyni zamanda azad olunmuş torpaqlarda çoxşaxəli qeyri- neft sektoruna aid layihələrin həyata keçirilməsi, yəni bu sahədə artıq aktiv maliyyə dövriyyəsinin hərəkətini, iş mexanizminin hərəkətə gəlməsini nəzərə alaraq düşünürəm ki, 2022-ci ilin ikinci rübündə biz artıq iqtisadi göstəricilərimizlə 2020-ci ilin yanvar ayı səviyyəsinə qayıdacağıq.

Yenə deyirəm, Avropa və bütün dünyadakı kimi Azərbaycan hökumətinin də kifayət qədər bu məsələlərdə xərcləri olub. Yəni bu problemlərin aradan qaldırılması istiqamətində stimullaşdırıcı vasitələrdən istifadə edib. Xərclər kifayət qədərdir. Bunların aradan qaldırılması üçün ümumiyyətlə, dayaq nöqtəsi olaraq 2020-ci ilin yanvar ayı səviyyəsini tamamilə bərqərar etmək üçün kifayət qədər zaman tələb olunacaq”.

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 1134