hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasında ümumi müzakirələrdəki çıxışı sentyabrın 24-nə planlaşdırılıb.

Cebhe.info xəbər verir ki, sentyabrın 15-də Nyu Yorkda BMT Baş Assambleyasının 75-ci, yubiley sessiyası başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək.

Ənənəvi Yüksək Səviyyəli Həftənin formatı bu dəfə dəyişdiriləcək: ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.

Ənənəvi olaraq debatları Braziliya açır, ardından BMT qərargahının ərazisində yerləşdiyi ölkə kimi ABŞ çıxış edir.

Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər.

Azərbaycan Prezidentinin çıxışı isə sentyabrın 24-də yayımlanacaq.

Cebhe.info


Oxunma sayı: 848