hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan qazı siyasi düzəni də dəyişir: Rusiya sıxışdırılır

Azərbaycan qazı siyasi düzəni də dəyişir: Rusiya sıxışdırılır

“Azərbaycanın Avropa üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti artmaqdadır. Qeyd edim ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TAP boru kəmərinində son birləşdirmə işi tamamlanmaqla Avropaya Azərbaycan qazının ötürülməsi ilə yeni bir mərhələ başlayır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. Layihə Cənub Qaz Dəhlizi -TANAP və TAP olmaqla üç hissəsədən ibarətdir:

“Xəzər dənizindən hasil ediləcək mavi yanacaq qaz-kondensat yatağı olan "Şahdəniz 2" yatağından hasil edilən qaz Avropanın enerji təminatında mühüm rol oynayacaq. Gələcək perspektivdə Türkmənistanın da bu layihəyə qoşulması nəzərdə tutulur. Bunun üçün "TransXəzər" qaz kəmərinin çəkilməsi gündəmdədir. Türkiyənin tam dəstəyivə Xəzər dənizinin dibi ilə kəmərin çəkilməsi reallaşa bilər. Göründüyü kimi, Azərbaycanın müəllifi olduğu bu meqalayihə regionun siyasi-iqtisadi nizamını dəyişməklə, Türkiyənin də Cənubi Qafqazda rolunun artmasına gətirib çıxarır. Qeyd edim ki, Trans Adriatik ( TAP) qaz kəmərinin Avropaya çatması, Rusiyanın qitədə qaz monopliyasının qarşısını alacaq. Rusiya bir neçə ildir ki, bu layihənin qarşısını almaq üçün planlar reallaşdırır. Amma, Qərbin tam dəstəyi nəticəsində bu provaksiyalar baş tutmadı. ABŞ-ın Rusiyanın "Şimal-2" və "Cənub Axını" qaz layihələrinə sanksiyalar tətbiq etməsi, Azərbaycan qazının Avropa üçün əhəmiyyəti daha da cəlbedici olur. Bununla yanaşı, Avropanın regiona xüsusilə, Azərbaycanla əməşdaşlığında yeni bir səhifə açılacaq”.

Politoloq bildirib ki, Ermənistanın Tovuz istiqamətində təxribatı məhz TAP boru kəmərinin Avropa ilə birləşməsinin son tamamlanma işləri vaxtda baş verdi:

“Tovuzda Ermənistanın bu təcavüzü, məhz Avropanın enerji təminatını hədəf almaqla, Rusiyanın maşası rolunda çıxış edir. Hazırda Ermənistanın yenidən təxribatlara gedəcəyi istisna deyil. Çünki, Rusiya bu layihənin işə düşməsindən çox narahatdır və bu qaz kəmərini Avropada özünün enerji siyasətinə təhdid görür. Ona görə də Türkiyənin böyük miqyasda Azərbaycana hərbi dəstəyi və 10 gündən artıq ölkənin müxtəlif yerlərində hərbi təlimlər keçirməsi, bu təxribatlara cavabdır. Qərbin də bu təlimlərə susqunluğu bununla bağlıdır. Rəsmi Bakı artıq Avropanın onun üçün əsas iqtisadi və siyasi tərəfdaş olduğunun fərqindədir. Rusiya ilə dostluq əlaqələrini inkişaf etdirməklə, Qərblə əməkdaşlıq dərinləşdirilməlidir. Bu qaz kəmər vasitəsilə ilkin mərhələdə təbii qazın 16 milyard olacağı, bunun da 6 milyardının Türkiyə üçün, qalan 10 milyardınınTürkiyə-Bolqarıstan, Türkiyə-Yunanıstan sərhəddindən keçərək Avropaya nəqli nəzərdə tutulub”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 10858