hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycan qonşu ölkəyə nə qədər elektrik enerjisi ixrac edib?

Azərbaycan qonşu ölkəyə nə qədər elektrik enerjisi ixrac edib?

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 37 milyon 772,6 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. 

Cebhe.info xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yaymışdı.

Bildirilirdi ki, 8 ayda Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur. Gürcüstan Elektrik Enerjisi Kommersiya Operatorunun hesabatına görə, bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 760,53 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Noyabr ayında isə Gürcüstanın elektrik enerjisinə ehtiyacı daha çox olub. Belə ki, Azərbaycandan alının elektrik enerjisinin həcmi də artıb. 

Rəsmi məlumata görə, Gürcüstanın noyabr ayında idxal etdiyi elektrik enerjisinin 40 faizi Azərbaycanın payına düşüb. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 617