hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan Rusiyadan peyvənd alacaq? - TƏBİB

Azərbaycan Rusiyadan peyvənd alacaq? - TƏBİB

“Vaksinin hansı ölkədə istehsal olunması hazırda əhəmiyyətli deyil. Rusiyada istehsal olunan peyvənd namizədi də hazırda beynəlxalq təşkilatlar tərəfindən araşdırılır. ÜST tərəfindən də bu peyvəndə bəzi müsbət qeydlər verilib, amma bununla belə, tam təsdiqlənməyib”.

Cebhe.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Azərbaycanın Rusiyadan peyvənd alıb-almayacağına dair suala cavabında bildirib.

“Bu peyvəndin müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər bu təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, ki, tam şəkildə zərərsizdir, o zaman Azərbaycan da bunu almağı düşünə bilər”,- deyə o vurğulayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6139

Bizim Telegram səhifəmizi izləyin