hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Azərbaycan səfiri xaricdə övladlığa uşaq götürə bilərmi? - QADAĞA VƏ TƏLƏBLƏR

Azərbaycan səfiri xaricdə övladlığa uşaq götürə bilərmi? - QADAĞA VƏ TƏLƏBLƏR

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev övladlığa uşaq götürmək məqsədilə bu ölkənin Sosial Siyasət Nazirliyinə müraciət edib.

Səfir A.Xudiyev övladığa götürülməyə dair Ukrayna qanunvericiliyin tələblərinə uyğun olaraq bir müddət öncə bütün prosedurlardan keçib və hazırda onun müraciəti baxılma mərhələsindədir. Hətta məlumatlara görə, Ukraynanın Sosial Siyasət Nazirliyi tərəfindən Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu da göndərilib. Qeyd edək ki, Ukrayna Ailə Məcəlləsinin tələblərinə görə, övladlığa uşaq götürmək məqsədilə müraciət etmiş şəxs əvvəllər məhkumluq həyatı yaşamamalıdır. Ukraynanın Sosial Siyasət Nazirliyi də qanunvericiliyin məhz bu tələbindən çıxış edərək Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu göndərib. Hazırda məsələ açıq qalır və Ukrayna Azərbaycan tərəfindən cavab gözləyir.

Bu isə Azərbaycan diplomatlarının xarici ölkələrdə uşaq övladlığa götürməsi məsələsinin mümkünlüyünü gündəmə gətirib. Sözügedən məsələ hüquqi cəhətdən necə tənzimlənirə

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, xaricdə övladlığa uşaq götürmə həmin ölkənin qanunvericiliyi ilə tənzimlənir:

“Söhbət Ukraynadan gedirsə, bu məsələyə həmin ölkənin baxış bucağından baxmaq lazımdır. Əgər Ukraynanın qanunvericiliyi xarici vətəndaşlara bu ölkədə doğulmuş, vətəndaşlığı olan, yaşayan uşaqların övladlığa verilməsinə icazə verirsə, burada şəxsin hansı vəzifəni tutması elə bir rol oynamır. Yəni bu, qanunvericilikdə qadağan olunmursa, mümkündür. Məhdudiyyət Ukrayna qanunvericiliyilə qoyula bilər. Bizim qanunvericilikdə Azərbaycan vətəndaşının, diplomatının gedib xarici ölkənin birindən övladlığa uşaq götürməsi qadağan olunmur. Əgər bu, Ukrayna qanunvericiliyi ilə də qadağan olunmursa, demək ki, bu məsələdə heç bir problem yoxdur”.

Hüquqşünasın sözlərinə görə, bütün ölkələrin qanunvericiliyində bu məsələ ilə bağlı müəyyən meyar və tələblər var:

“Övladlığa uşaq götürmək istəyən şəxs həmin meyarlara cavab verməlidir. Xaricdə uşaq götürmək üçün tələblər həddindən artıq ciddidir. Məsələn, əvvəllər xarici vətəndaşların Azərbaycandan övladlığa uşaq götürmələri proseduru çox sadə idi. Sonradan bütün dünya qanunvericiliyində bu məsələ ilə bağlı tələblər sərtləşdi. Ukraynanın da öz qanunverciliyi var. Təbii ki, bütün tələblər yoxlanılandan sonra qanun çərçivəsində qərar qəbul olunacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 9425